Ermənilər Laçındakı mövqelərimizi atəşə tutub
Tarix: 07-04-2023 15:57 | Bölmə: Siyasət
Ermənilər Laçındakı mövqelərimizi atəşə tutub

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Reyting.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}