Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
Tarix: 07-04-2023 23:53 | Bölmə: Siyasət
Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ prezidenti Co Bayden Ukraynaya genişmiqyaslı müdaxiləni və Kremlin digər cinayətlərini əsas gətirərək Rusiyaya qarşı sanksiyaların daha bir il uzadılması haqqında sərəncam imzalayıb. Reyting.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Rusiya hökumətinin "zərərli xarici fəaliyyətinə" görə daha bir uzadılan sanksiyaların digər səbəbləri aşağıdakılardır:

ABŞ seçkilərinə, ABŞ və onun müttəfiqlərinin digər demokratik təsisatlarına müdaxilə cəhdləri;

ABŞ və onun müttəfiqlərinə qarşı kiberhücumların həyata keçirilməsi;

xarici hökumətlərə təsir etmək üçün beynəlxalq korrupsiyanın təşviq edilməsi və istifadəsi;

dissidentlərə və jurnalistlərə qarşı yönəlmiş “ərazidənkənar fəaliyyətlər”;

ABŞ üçün vacib olan ölkələrin və regionların təhlükəsizliyini pozmaq.

Sanksiyaların uzadılması, həm də beynəlxalq hüququn pozulması, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmətsizlik ABŞ-ın milli təhlükəsizliyi və maraqlarına hədsiz təhlükələr yaratması ilə izah edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}