Konqres müzakirəyə hazırlaşır: ABŞ digər ölkə ərazisinə qoşun yeridə bilər
Tarix: 08-04-2023 19:35 | Bölmə: Siyasət
Konqres müzakirəyə hazırlaşır: ABŞ digər ölkə ərazisinə qoşun yeridə bilər

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkal bildirib ki, Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ hakimiyyəti adaya öz silahlı qüvvələrini göndərməyə hazır olacaq.

Reyting.az
xəbər verir ki, M. Makkal “Fox News”a müsahibəsində deyib:

“Düşünürəm ki, Çin Tayvanı işğal edərsə, məncə, Amerika xalqı da qoşun göndərilməsini dəstəkləyəcək və Konqres də bu addımı atacaq”.

Onun sözlərinə görə, bu, son çarədir, lakin ABŞ konqresmenləri bunu müzakirə etməli olacaqlar.

Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra belə bir presedent olmasa da, Konqresin digər ölkələrə qoşun göndərmək səlahiyyəti var.

Bundan əvvəl Çinin Tayvan sahillərində üç günlük hərbi təlimlərə başladığı məlum olub. Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusunun komandanlığı bildirib ki, bu təlimlər separatçı və xarici qüvvələrə xəbərdarlıqdır. Çin adaya onlarla hərbi təyyarə və gəmi göndərib.

Tayvan Müdafiə Nazirliyi artıq adanın sahillərində 42 Çin qırıcısının aşkar edildiyini və 29 təyyarənin Tayvan boğazında faktiki sərhədi keçdiyini açıqlayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}