Rusiyanı BMT TŞ-dan kənarlaşdırmağın yolunu tapa bilmirlər
Tarix: 08-04-2023 19:54 | Bölmə: Siyasət
Rusiyanı BMT TŞ-dan kənarlaşdırmağın yolunu tapa bilmirlər

Ağ evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ hakimiyyəti Rusiyanı BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlüyündən məhrum etmək üçün heç bir beynəlxalq hüquqi yol görmür. Apreldə Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, xarici işlər naziri Sergey Lavrov isə Təhlükəsizlik Şurasının bir neçə iclasında iştirak etməlidir.

Xanım Jan-Pyer deyib ki, “Rusiyanın Təhlükəsizlik Şurasına sədrlik etməsi xoşagəlməzdir”. Lakin onun sözlərinə görə, bu, “əsasən təntənəli mövqedir və aydan-aya əlifba sırası ilə Təhlükəsizlik Şurasının üzvlərinə verilir. "Təəssüf ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu vəziyyəti dəyişmək üçün real beynəlxalq hüquqi yollar yoxdur", - o, brifinqdə deyib (TASS).

Reyting.az




Bölməyə aid digər xəbərlər