İran Azərbaycanla bağlı məsələdə İsrail və ABŞ-a mesaj verir - Politoloq
Tarix: 11-04-2023 09:03 | Bölmə: Siyasət
İran Azərbaycanla bağlı məsələdə İsrail və ABŞ-a mesaj verir
Elxan Şahinoğlu

“Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür”. Bu cümləni İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib".

Reyting.az
-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu məsələni şərh edərkən bildirib ki, bu, Tehranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu təsdiq edən cümlədir və bunu İkinci Qarabağ müharibəsindən sonra dönə-dönə təkrarlayırlar.

Politoloq əlavə edib ki, Şamxaninin cümləsində “regional düşmənlər” deyilən ölkələrə - İsrail və ABŞ-a da mesaj var: "Görəsən, Şamxani Avropa İttifaqını da “regional düşmənlər” siyahısına aid edirmi? Əgər aid edirsə, İrəvanın Avropa İttifaqının müşahidə missiyasını İranla sərhədə yaxın Zəngəzurda iki illiyinə yerləşdirilməsiylə bağlı qərarından narahatlığını erməni həmkarının diqqətinə çatdırmalıydı”.

E. Şahinoğlu xatırladıb ki, Ə. Şamxani ötən ilin iyulun 15-də Bakıda prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə dövlət başçımızı təbrik etmişdi. Belə çıxır ki, Şamxani və onun İrandakı həmfikirləri Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir, ancaq Azərbaycanın Ermənistanla təmas xəttində möhkəmlənməsini, strateji yüksəkliklərə nəzarət etməsini və Zəngəzur dəhlizinin açılmasıyla gələcəkdə azərbaycanlıların tarixi torpaqlarına qayıtmasını istəmir. “Bu, Tehranın siyasətindəki yeganə təzad deyil. Bütün hallarda dialoq yoluyla hazırki gərginlikdən çıxış yolları tapılmalıdır",- deyə E. Şahinoğlu əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}