İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir ki..."
Tarix: 11-04-2023 13:09 | Bölmə: Siyasət
İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir ki..."

"Prezident Əliyev son 5 gün ərzində 2 ölkəyə - Tacikistan və Qazaxıstana rəsmi səfər edib, həmçinin Gürcüstanın baş nazirini Qəbələdə qəbul edərək regional əməkdaşlığın artırılması yönündə addımlar atıb. Hər üç ölkənin hökumət nümayəndələrinin geniştərkibli görüşləri keçirilib".

Bunu Reyting.az-a ekspert İlham Şaban deyib.

Onun fikrincə, rəsmi Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir ki, Azərbaycanın maraqlarını nəzərə almadan bu regionda nə hərəkət, nə də bərəkətə nail olmaq mümkündür.

İ. Şaban əlavə edib ki, böyük bir coğrafi ərazidə türklərin passionarlığının yüksəlişi başlayır: "Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub. Bu il Azərbaycanda Qazaxıstan Mədəniyyət günləri keçiriləcək, Alm-Atada isə Azərbaycan Mədəniyyət günləri təşkil ediləcək".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}