Azərbaycan nümayəndələri MDB-nin iclasına qatılacaq
Tarix: 11-04-2023 16:07 | Bölmə: Siyasət
Azərbaycan nümayəndələri MDB-nin iclasına qatılacaq

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası aprelin 14-də Səmərqənddə keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}