Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib
Tarix: 12-04-2023 18:00 | Bölmə: Siyasət
Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə İran səfiri sosial şəbəkədəki səhifəsində paylaşım edib:

“Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}