Baydenin Şimali İrlandiyaya səfər sənədləri küçədən tapılıb
Tarix: 13-04-2023 00:36 | Bölmə: Siyasət
Baydenin Şimali İrlandiyaya səfər sənədləri küçədən tapılıb

ABŞ prezidentinin Şimali İrlandiyaya səfəri ilə bağlı sənədlər qovluğu Belfastın küçələrinin birində aşkar edilib.

Reyting.az
bildirir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Şimali İrlandiya polisi Amerika liderinin bu ölkəyə rəsmi səfərinə aid “operativ göstərişlərin” saxlandığı qovluğu bir sakinin küçənin ortasında gördüyünü və onu polisə təhvil verdiyini açıqlayıb. Bundan sonra paytaxt Belfastın polis baş idarəsi “təhlükəsizliyin pozulması” ilə bağlı təhqiqata başlayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}