Ermənistanda gərginlik artır; Sabiq prezidentlər Paşinyanı hədələyir
Tarix: 13-09-2018 13:52 | Bölmə: Siyasət
Ermənistanda gərginlik artır; Sabiq prezidentlər Paşinyanı hədələyir

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 11-də Yerevanda keçirilən mitinqdə “Robert Köçəryan və Serj Sarqsyan xalqa qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında dayanmalıdırlar”,- deməsi və sabiq prezidentləri ağır cinayətdə ittiham eləməsi qarşı tərəfi qəzəbləndirib.

Köçəryan Paşinyanın ittihamlarına dərhal reaksiya versə də, təkrar bu məsələyə qayıdaraq baş naziri hədələməkdən də çəkinməyib

Ermənistanın ikinci prezidenti ölkə KİV-lərinə deyib ki, baş nazir Paşinyan onun düşmənidir.

“Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma mənə ilişdiyinə görə Paşinyanı peşman edəcəyəm”.

Robert Koçaryan daha sonra deyib:

Ermənistanda gərginlik artır; Sabiq prezidentlər Paşinyanı hədələyir

“Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm”.

Koçaryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da vurğulayıb.

Ermənistanda gərginlik artır; Sabiq prezidentlər Paşinyanı hədələyir

Onu da qeyd edək ki, Robert Koçaryanla yanaşı Serj Sarqsyan tərəfdarları da Paşinyana qarşı aqressivdirlər. Hətta bu aqressivliyin hər ötən gün qanlı qarşıdurmaya səbəb olma ehtimalı reallığa daha yaxınlaşır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər