XİN: "Azərbaycan hərbçisinin Ermənistanda döyülməsi beynəlxalq səviyyədə pislənməlidir"
Tarix: 13-04-2023 16:28 | Bölmə: Siyasət
XİN: "Azərbaycan hərbçisinin Ermənistanda döyülməsi beynəlxalq səviyyədə pislənməlidir"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə paylaşım edib:

“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}