00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
“Hərbi əməliyyatlar bərpa olunsa sağ qalmaq şansları yoxdur...” - Ekspert
Tarix: 15-04-2023 14:47 | Bölmə: Siyasət
“Hərbi əməliyyatlar bərpa olunsa sağ qalmaq şansları yoxdur...”
Erməni əsgərləri

“Ermənilər son günlər məqsədli şəkildə təxribatlar törədir, bu yolla azərbaycanlıların dəyərlərinə təsir göstərməyə cəhdlər edirlər”.

Bunu Reyting.az-a hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

“Biz niyə təxribata çəkilirik”, - sualını cavabında A. Rüstəmzadə deyib:

“Son bir həftə ərzində Ermənistan müxtəlif təxribat xarakterli hərəkətləri ilə vəziyyəti qızışdırır. Aprelin 11-də şərti sərhəddə silahlı təxribat törədiblər və ordumuzun 3 hərbçisi şəhid olub. Aprelin 13-də yolu azaraq qarşı tərəfə keçən əsgərimizi əlləri bağlanmış formada kamera qarşısında döyüblər. Aprelin 14-də İrəvanda keçirilən beynəlxalq atletika yarışında bayrağımız yandırılıb və 15 apreldə Milli komandamızın idmançılarının Ermənistanı tərk etməsinə icazə verilmir. Bütün bunlar öncədən planlaşdırılmış təxribatlardır”.

Hərbi ekspert əlavə edib ki, Ermənistan 44 günlük müharibədən sonra ordunun müdafiə qabiliyyətini bərpa edə bilməyib: “Bu səbəbdən hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə sağ qalmaq şansları yoxdur. Amma onlar məqsədyönlü şəkildə bizim dəyərlərimizə təsir göstərirlər. Amma mən cavab xarakterli zorakı hərəkətlərə tələsməzdim”.

ELÇİN




Bölməyə aid digər xəbərlər