Sınaqdan sonra peyk Türkiyənin Hərbi Hava Qüvvələrinə təhvil veriləcək - Fotolar
Tarix: 17-04-2023 10:46 | Bölmə: Siyasət
Sınaqdan sonra peyk Türkiyənin Hərbi Hava Qüvvələrinə təhvil veriləcək

Üç dəfə orbitə qaldırılması təxirə salınan Türkiyənin İMECE peyki artıq kosmosdadır.

Reyting.az
-ın məlumatına görə, peyk ilk dəfə olaraq Türkiyənin öz milli resursları hesabına hazırlanıb. 7 il olardı ki, Türkiyənin TÜBİTAK UZAY Kosmik Tədqiqatlar qurumu Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında bu layihə üzərində çalışırdı.



Türkiyənin Orta Doğu Texniki Universitetinin də bu layihədə yaxından iştirak etdiyi bildirilir. İMECE peykinin hazırlanması üzrə bütün işlər türk mütəxəssisləri və mühəndisləri tərəfindən gerçəkləşib. Yalnız orbitə qaldırılması xarici resurslar hesabına olub. İMECE ABŞ-ın Kaliforniya ştatından, “SpaceX Falcon 9” raketi ilə orbitə qaldırılıb.

Qeyd edək ki, İMECE müdafiə, kəşfiyyat və müşahidə yönümlü peykdir. 680 km məsafədən yüksək keyfiyyətli görüntü əldə etmək və onu 350Mb/s sürətlə Yer stansiyasındakı kompüterlərə göndərmək imkanı var.



Mütəxəssis Osman Gündüz deyib ki, peyk sınaqdan keçirildikdən sonra Türkiyənin Hərbi Hava qüvvələrinin komandanlığına təhvil veriləcək:

“Peykin ömrünün 5 il olacağı nəzərdə tutulub. Beləliklə, hazırda Türkiyənin kosmosda müxtəlif təyinatlı 10 peyki fəaliyyətdədir. İlk milli müşahidə peyki olan İMECE Türkiyə və türk dünyası üçün böyük uğurdu”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}