İsrail XİN başçısı Azərbaycana gəlir
Tarix: 17-04-2023 17:44 | Bölmə: Siyasət
İsrail XİN başçısı Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

Reyting.az-
ın məlumatına görə, bu barədə “Report”a “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}