18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Paşinyan: “Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”
Tarix: 18-04-2023 12:21 | Bölmə: Siyasət
Paşinyan: “Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”

“Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir: “Həmçinin biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq”.

N.Paşinyan söyləyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar: “Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar”.

Hökumət başçısı bildirib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək: “Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazini Ermənistan ərazisi kimi tanısa, region üçün sülh gələcək”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}