İsrailin xarici işlər naziri Azərbaycana gəlib - Yenilənib
Tarix: 18-04-2023 17:01 | Bölmə: Siyasət
İsrailin xarici işlər naziri Azərbaycana gəlib

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, Eli Kohen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

***

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Reyting.az
xəbər verir ki, onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}