Sahibə Qafarova Polşaya gedib - Foto
Tarix: 18-04-2023 17:26 | Bölmə: Siyasət
Sahibə Qafarova Polşaya gedib

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşanın paytaxtı Varşava şəhərinə rəsmi səfərə gedib.

Reyting.az x
əbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlar Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Varşavanın hava limanında nümayəndə heyətini Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşa Seyminin protokol xidmətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Polşa Prezidenti, Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.

***

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Reyting.az
xəbər verir ki, o, bu barədə S.Qafarova tviterdə paylaşım edib: "Cənab Andjey Duda ilə görüşməkdən böyük məmnunluq duyduq. Görüşdə bir daha ölkələrimizin hər zaman dost ölkələr olduğu, bu münasibətlərimizin ildən-ilə daha da inkişaf etdiyi qeyd olundu".






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}