Paşinyan “Qarabağ” və “status” ifadələrindən imtina edib
Tarix: 20-04-2023 14:42 | Bölmə: Siyasət
Paşinyan “Qarabağ” və “status” ifadələrindən imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə jurnalistlərə müsahibəsində hökumətin hesabatından Qarabağ münaqişəsi ilə bağlı bölmənin niyə çıxarıldığı sualına cavab verməyib.

Reyting.az
xatırladır ki, Paşinyan iki gün əvvəl hökumətin 2022-ci il üçün hesabatını təqdim edib. Bu sənəddə Qarabağın gələcəyinə dair heç bir ifadə yoxdur və sənəddə revanşist erməni qüvvələrinin əksinə olaraq hər hansı statusdan bəhs olunmur.

Erməni hökumətinin 2021-2026-cı illər üçün proqramında deyilir ki, Ermənistan Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcək, amma indi parlamentə təqdim olunan sənəddə “Qarabağ problemi” bölməsi yoxdur, ancaq “Ermənistan-Azərbaycan danışıqlar prosesi” bölməsində Qarabağ problemi təqdim olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}