Keçmiş müşavir Ağ evə çağırış edib: Ərdoğanı “cilovlamağa” hazırlaşın!
Tarix: 20-04-2023 17:58 | Bölmə: Siyasət
Keçmiş müşavir Ağ evə çağırış edib: Ərdoğanı “cilovlamağa” hazırlaşın!

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Henri Barkey mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini bildirib. Barkey deyib ki, Ərdoğan seçkilərdə qalib gəldikdən sonra Ağ ev onu “cilovlamağa” hazır olmalıdır.

Reyting.az
-ın xəbərinə görə, 15 iyul çevriliş cəhdində iştirakda ittiham olunaraq həbsinə order verilmiş keçmiş müşavir bu barədə “Asia Times” nəşrinə danışıb.

Ərdoğanın prezident seçkilərində qalib gələcəyini proqnozlaşdıran Barkey ABŞ-ın seçkidən sonrakı dövrdə onu “cilovlamaq” üçün planlar qurmasının vaibliyini diqqətə çatdırıb.

Barkeyin iddiasına görə, Türkiyə PKK-nın Suriya qolu YPG/SDG qruplaşmasının lideri Mazlum Kobani və onu müşayiət edən ABŞ konvoyuna hücum həyata keçirib.



Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb edən Barkey ABŞ prezidenti Bayden və administrasiyasının Ərdoğana açıq şəkildə xəbərdarlıq etməli olduğunu bildirib.

Seçkiqabağı dövrdə Ərdoğana “kozır” verilməməsi üçün heç bir addım atılmamasının lazım olduğunu deyən keçmiş müşavir qeyd edib ki, Ağ ev seçkidən sonrakı dövr üçün hərtərəfli araşdırma aparmalıdır.

PKK/YPG/SDG-ni günahsız bir təşkilat, Türkiyə Ordusunun terrorla mübarizə əməliyyatlarını isə “işğal” kimi göstərən Barkey xatırladıb ki, bu qurumlar ABŞ-ın müttəfiqləridir.

Suriyanın şimalını “kürd torpağı” adlandıran Barkey Türkiyə Ordusunun bu bölgəni işğal etdiyini və SDG-nı bölgədən çıxardığını da diqqətə çatdırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}