Partiya sədri Anar Əsədli həbs edilib
Tarix: 21-04-2023 22:59 | Bölmə: Siyasət
Partiya sədri Anar Əsədli həbs edilib

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Reyting.az
xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}