Xankəndi-Laçın yolunda ermənilər və rus hərbçiləri sərbəst hərəkət edir - Yenilənib
Tarix: 22-04-2023 10:34 | Bölmə: Siyasət
Xankəndi-Laçın yolunda ermənilər və rus hərbçiləri sərbəst hərəkət edir

Azərbaycanlı ekofəalların etiraz aksiyası keçirdiyi Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkətinə növbəti dəfə şərait yaradılıb.

Reyting.az
“Report”a istinadla bildirir ki, 4 minik avtobobili Xankəndi şəhərindən Laçın istiqamətinə keçib.

Avtomobillərdə erməni əsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Onu da qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 132 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

***

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Məlumata görə, bir qədər əvvəl RSK-ya məxsus avtomobillər yoldan maneəsiz keçib. Xankəndidən gələn 30 maşından ibarət karvan aksiya keçirilən ərazidən keçid edərək Laçın istiqamətinə gedib.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}