Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışsa da, Azərbaycanı “unutmur”
Tarix: 22-04-2023 11:20 | Bölmə: Siyasət
Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışsa da, Azərbaycanı “unutmur”
E. Şahinoğlu

"Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələrin başında Rusiya gəlir. Sözdə Azərbaycanı tərəfdaş adlandıran ölkənin rəsmiləri, hakim partiyanın deputatları, Kremlin media resursları Azərbaycan əleyhinə açıqlamalara ara vermirlər, başları Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi də “unutmurlar”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu əlavə edib ki, Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışından irəli gəlir.

"Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Duması deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Duma rəhbərliyinin qiymət verəcəyini zənn etmirəm, əks halda illərdir Azərbaycan əleyhinə danışan Dövlət Dumasında digər komitə sədrinin müavini və hakim partiyanın üzvü Konstantin Zatulinə xəbərdarlıq edərdilər. Bu adam dayanmadan Azərbaycan əleyhinə danışır və kimsə ona demir ki, “Rusiyanın tərəfdaşı olan Azərbaycan əleyhinə açıqlamaları dayandır”, - politoloq əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}