Ukrayna hava məkanına nəzarəti itirə bilər
Tarix: 22-04-2023 15:02 | Bölmə: Siyasət
Ukrayna hava məkanına nəzarəti itirə bilər

Kiyevin silah tədarükü ilə bağlı müraciəti cavabsız qalarsa, Ukrayna may ayında ölkənin hava məkanına nəzarəti itirə bilər. Bu məsələdə ən kəskin problem zenit sursatlarının çatışmazlığıdır.

Reyting.az
xəbər verir ki, bunu “The Times” nəşri yazıb.

İddia olunur ki, Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektiv mübarizə aparmağı öyrənib. Bu isə əlavə risklərə və artilleriya atəşinin tənzimlənməsi məsələsində çətinliklər yaradır.

Qeyd olunur ki, kompensasiya üçün Kiyev məhdud sayda mərmi istifadəsini artırmaq məcburiyyətində qalacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}