Rəsul Quliyev: "Rus qoşunları bu ilin axırına qədər ərazilərimizi tərk edəcək"
Tarix: 24-04-2023 10:30 | Bölmə: Siyasət
Rəsul Quliyev: "Rus qoşunları bu ilin axırına qədər ərazilərimizi tərk edəcək"

Ermənistandan Xankəndi şəhərinə və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrinə gediş-gəlişin nəzarətə götürülməsi Azərbaycan hakimiyyətinin çox mühüm qələbəsidir.

Reyting.az
-ın xəbərinə görə, bunu Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev deyib.

Onun sözlərinə görə, bu, bir daha Ermənistanla yanaşı başqa qonşu dövlətlərə də müstəqil Azərbaycanın öz ərazilərində heç bir xarici silahlı qüvvələrin olmasına imkan verməyəcəyini təsdiqləyir.

R. Quliyev ümid edir ki, Azərbaycanda olan rus qoşunları da bu ilin axırına qədər ərazilərimizi tərk edəcək və bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını sürətləndirəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}