ABŞ Ukraynanın NATO-ya üzvlüyünü bir şərtlə dəstəkləyir
Tarix: 25-04-2023 00:39 | Bölmə: Siyasət
ABŞ Ukraynanın NATO-ya üzvlüyünü bir şərtlə dəstəkləyir

ABŞ Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir, lakin ilk növbədə Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə başa çatmalıdır.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Amerikanın Səsi”nə müsahibəsində deyib ki, NATO üçün açıq qapı siyasətinə dəstəkləri baxımından heç nə dəyişməyib və Alyans üçün açıq qapıları dəstəkləməyə davam edirlər.

Onun sözlərinə görə, indi müttəfiqlərin əsas diqqəti Ukraynanın Rusiya təcavüzünü dəf edə bilməsini təmin etməyə yönəlib.

C. Kirbinin fikrincə, hazırda diqqət mərkəzində Ukraynanın döyüş meydanında uğur qazanmasına kömək etmək olmalıdır ki, həm də danışıqlar masası arxasında uğur qazana bilsinlər. “İndi diqqətimizi məhz buna yönəldirik. Qoy Alyansın adından NATO-nun baş katibi danışsın", - deyə Ağ evin nümayəndəsi əlavə edib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}