Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib
Tarix: 26-04-2023 08:13 | Bölmə: Siyasət
Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin “Rəsmi qəzet”i yazıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib.

Türkiyə həmçinin Azərbaycan ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Eyni zamanda Türkiyə Azərbaycanla gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişi təsdiq edib. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}