Kiyevin Makrona təklifi Fransada soyuq duş effekti verib
Tarix: 26-04-2023 13:25 | Bölmə: Siyasət
Kiyevin Makrona təklifi Fransada soyuq duş effekti verib
E. Makron

Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək istəyən Fransa prezidenti Makronun sülh planı Ukraynanın reaksiyasına səbəb olub.

Reyting.az
xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov sülhün əldə olunması üçün bütün Ukrayna torpaqlarının geri qaytarılmalı olduğunu bəyan edib. Danilov bildirib ki, Kiyevin arxasında danışıqlar aparmaq Fransaya aid deyil.

Makronu hədəfə alan Danilov “Makron Bordodan imtina edərmi?” sualını da verib.

Danilov daha sonra bunları söyləyib:

“Mən Makrona Fransanın bir hissəsindən çəkilməyi təklif edirəm. O bunu edə bilərmi? Bordonu və ya Fransanın başqa bir hissəsini başqa ölkəyə versin”.

Xatırladaq ki, Makronun Rusiya-Ukrayna müharibəsində Fransanın vasitəçi rolu oynamaq cəhdlərini dəyərləndirən Kremlin sözçüsü Peskov qeyd edib ki, bu ölkə vasitəçiliklə bağlı iddia irəli sürə bilməz. Peskov buna səbəb Fransanın müharibədə tərəf olmasını göstərib: “Paris dolayısı ilə və birbaşa Ukrayna məsələsində iştirak edir”.

Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən Makron, “Biz Rusiyanı alçaltmamalıyıq ki, müharibənin bitdiyi gün diplomatik kanallarla çıxış yolu qura bilək”,- deyib. Amma bu bəyanatından sonra Makron ritorikasını dəyişərək “Ukrayna müharibədə qalib gəlməlidir”, - ifadəsini işlədib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}