Zahid Oruc: “23 apreldə qurulan istehkamlar dəmir iradənin simvoludur” - Video
Tarix: 26-04-2023 19:48 | Bölmə: Siyasət
Zahid Oruc: “23 apreldə qurulan istehkamlar dəmir iradənin simvoludur”

“Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər və Laçının azad olunmasının, İranla sərhədlərinin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda azad edilən yüksəkliklərin və 11 apreldə mökəmlənən möqelər nəticəsində Vətənin sərhədlərini dünyaya və düşmənə göstərən vahid siyasətdir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc deyib.

Zahid Oruc diqqətə çatdırıb ki, təkcə quru ərazilər deyil, həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir. Onun sözlərinə görə, çarizm, cümhuriyyət, sovetlər və nəhayət müstəqillik dövründə Vətənimizin hüdudlarını Milli Ordumuz vasitəsilə müəyyənləşdirə və qoruya bilməyiblər:

“Təkcə son 30 ildə deyil, o cümlədən 200 il əvvəl Rusiya və İran arasındakı savaşda, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə xidmət edən o yollarda 23 apreldə qurulan inzibati istehkamlar cənab prezidentimizin, dövlətimizin və xalqımızın dəmir iradəsinin simvoludur”.

Komitə sədri əlavə edib ki, nəzarət-buraxılış məntəqəsinin qurulması yalnız gediş-gəlişə və malların baxışına xidmət etmir, eyni zamanda bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə düşmən qapısı bağlanır və yeni səhifələr açılır.

Z. Oruc bildirib ki, Ermənistan üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir. Amma Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan deyil, Avropa Birliyindən gələn silahlı və silahsız məxfi qruplar və casus şəbəkəsi pozub.

Z. Oruc qeyd edib ki, sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silhalı qüvvələrinə, Göyçə dağlarında Fransa jandarmasına təslim edən bir dövlət gərək, toxunulmazlıqdan danışmasın.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}