15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Azərbaycanın təkrar işgalına cəhdlər edilir - Sərdar Cəlaloğlu
Tarix: 16-09-2018 13:25 | Bölmə: Siyasət

Sərdar CƏLALOĞLU,
Azərbaycan Demokrat Partiyasının sədri
“Qurani-Kərim”də Allah-təala buyurur: “Dərilərinizin və dillərinizin müxtəlifliyi Onun dəlillərindəndir”. Bu ayə sübut edir ki, dil və dillərin müxtəlifləşməsi Allahın varlığının bir təzahürüdür. Məhz buna görədir ki, Allahın tək bir Doğru yolu olan İslam dini müxtəlif dillərdə danışan xalqlara müxtəlif dillərdə – “Tövrat” və “Zəbur” qədim ivrit dilində, “Qurani-Kərim” ərəb dilində – nazil edilmişdir.
Bu gün xristianlar iki dildə – katiloklər latın, protestantlar və digər təriqətlər ispan dilində – ibadət edirlər. Buradan da sual doğur: dilin nə kimi əhəmiyyəti var ki, islam dini məhz bu dillərdə nazil edilmişdir?
Psixolinqivistika elmi sübut edir ki, dillə o dildə danışanın düşüncəsi və davranışları arasında sıx əlaqə vardır. Yəni insan hansı xalqın dilində danışırsa, o xalqın nümayəndəsi kimi düşünür və o ictimai-siyasi həyatda o xalqın nümayəndəsi kimi davranır. Buradan da aydın olur ki, dil həm də çox ciddi sosial idarəetmə vasitəsidir, hansı ki, sosial təşkilatlanma üçün müstəsna rol oynayır.
“Qurani-Kərim”in ərəb dilində nazil olmasının bir çox səbəblərindən biri də məhz dilin bu funksiyası – ümmət yaratmaq funksiyası ilə bağlıdır. Çünki müsəlman ümməti ərəb dili əsasında yaranır.
Dillərin xüsusiyyətləri bu dildə danışanların düşüncə tərzini müəyyən edir. İslam dininin müsəlmanlara ərəb dilində nazil edilməsi ərəb dilinin bu dildə danışana azadlıq verməsi ilə bağlıdır. Hansı ki, ərəb dilində danışan söz köku ilə məhdudlaşmır və eyni bir əsasdan müxtəlif sözlər düzəltmək mümkün olur və bu da danışanın fleksiyası ilə şərtlənmiş azadlığını təmin edir. Bu cür flektiv dildə danışan insan öz davranışlarında da eynilə azadlığa meyl edir.
Bunun əksinə, rus dili rus dövlətinin təşəkkülü ilə meydana çıxmışdır. Belə ki, 200 il rus təhkimçilik sisteminin formalaşması bu dillə bağlıdır. Buna görə, rus dili insanlarda təhkimçi pisixologiyası formalaşdırır.
Dil həm də siyasi alətdir. Müstəqil dövlətlərin konstitusiyalarına dillə bağlı bəndin salınması da dilin siyasi funksiyası ilə bağlıdır. Dillə siyasətin nə kimi əlaqəsi vardır? Məlumdur ki, dillərlə bu dillərdə danışan xalqların mövcudluğu arasında ciddi rabitə vardır. Dil öləndə xalq, xalq öləndə dil ölür.
Bu gün dünyada 7 minə yaxın dil mövcuddur və bu dillər iki həftədə bir dil olmaqla itmə prosesini yaşayır. Dillərin itməsinin bir çox səbəbləri vardır ki, bunların da hamısı siyasi səbəblərdir. Bura xalqın müstəqilliyi, qloballaşma prosesinə daxil olması, iqtisadi-siyasi inkişafı və xalqın təbii artımı, o çümlədən digər endo və exsodemoqrafik proseslər aiddir.
Dilçilik elmində uşaqların 70 faizindən azının danışdığı dil itməkdə olan dil kimi təyin olunub. Bu gün dünyada ən çox sayda insanın danışdığı səkkiz dil mövçuddur. Bununla yanaşı, dünyada dörd ümumi dil – fransız, ispan, putunxua və ərəb dilləri – müxtəlif xalqların ən çox danışdığı dil kimi mövcuddur. Bu syahıda rus dili yoxdur.
Azərbaycanda dövlət dili kimi hələ sovet dönəmində, 1956-cı ildən Azərbaycan türk dili Konstitusiyada təsbit edilmişdir. Azərbaycanlıların öz dillərində danışması öz dilində danışan digər bir neçə keçmiş sovet respublikalarının vətəndaşları kimi insanlarımızın azadlığa meylli olması, öz kimliyini bu günə kimi qoruyub-saxlamasını təmin etmişdir. Azərbaycanda türk dilinin dövlət dili olması bizim həm də cənublu qardaşlarımızdan ayrılmağa imkan verməmiş, dil parçalanmış coğrafiyada xalqımızın birliyini təmin edən tək bir vasitə olmuşdur.
Unitar dövlətdə dövlət dili siyasi, diplomatik dil kimi müəyyən olunur. Dövlətin bütün müəssisələri, xüsusən məhkəmə, hüquq-mühafizə, təhsil, səhiyyə, idraəetmə, eləcə də rəsmi yazışmalar və dövlət başçısının rəsmi çıxışları dövlət dilində həyata keçirilir.
Dil həm də vətəndaşlıq institutunun formalaşmasında, xalqın azadlıq və müstəqillik ruhunun saxlanmasında tək bir siyasi vasitə kimi çıxış edir. Heç təsadüfi deyil ki, Mahatma Qandi Hindistanda apardığı dinc-demokratik mübarizədə “imperialistlərlə əməkdaşlıqdan imtina” siyasətində birinci olaraq ingilisdilli məktəblərdə təhsildən, ingilis dilində danışmaqdan imtinadan başlamışdır. Mustafa Kamal Atatürk də Türkiyəni Qərb eksponsiyasından xilas etmək üçün türk dilinin saflaşdırılması, yad sözlərdən xilas edilməsi ilə bağlı dövlət proqramı hazırlayıb həyata keçirmiş və Türk Dil Qurumu yaradaraq türk dilini məhv olmaqdan xilas etmişdir.
Qardaş Türkiyədə bu gün də türk dilinin qorunması, saxlanması, zənginləşməsi istiqmətində proses davam edir.
Bizim ərazimizdə rusların yaratdığı Ermənistan dövlətində nəinki rus dilində məktəb yoxdur, hətta orada rus belə yaşamır. Gürcülər çoxdan işlək dil kimi rus dilində danışmaqdan imtina etmişlər.
Dünya təcrübəsi göstərir ki, milli azadlıq hərakatları dilin statusu uğrunda mübarizədən başlayır və dilin ölməsinə paralel olaraq dövlətçilik də ölür. 60-cı illərdə ABŞ-da sayca çoxluq təşkil edən ispan dilli vətəndaşlar bu dilin işlənməsi ilə bağlı mitinq keçirdilər və demokratiyanın beşiyi olan bu ölkədə həmin mitinq iştirakçılarına qanlı divan tutuldu. Çünki amerikalılar yaxşı bilirdilər ki, ikinci bir dilin dövlət dili statusunu alması öz arxasınca ABŞ-in parçalanmasını gətirəcəkdir.
Çoxdilli ölkələrin siyasi təcrübəsi də bunu sübut edir. Milli şüur yalnız milli dillə yaranır və inkişaf edir. Dil milli mənliyin – milli mədəniyyətin, tarixin, əxlaqın və digər dəyərlər sisteminin ifadə forması və yeganə etibarlı saxlanc yeridir.
Bəs Azərbayçanda dövlət dilinin vəziyyəti necədir?
Bu gün Cənubi Azərbaycanda onlarla fəal öz ana dili uğrunda apardığı mübarizəyə görə ya öldürülüb, ya da həbs edilərək işgəncələrə məruz qalıb. Bu gün ana dilində danışmaq azadlığına malik şimali azərbaycanlılar isə bu nemətin qədrini bilmir və başqa dillərdə danışmağa meyllənirlər. Bu, bəzilərində yarımçıqlıq kompleksinin olması ilə bağlıdır. Öz ata-anasından utananlar heç vaxt öz ata-analarının danışdığı dildə danışmaz.
Bu gün Bakıda hamının şahidi olduğu reklam sənayesində Azərbaycan dili tamamilə sıxışdırılmış, bütün reklamlar xarici dillərdə və brendlər xarici adlarla təbliğ olunur. “Kleopatro”, “Kral Lir”, “Monte Kristo”, “Mono Liza” və s. kimi xalqa yad adda şadlıq saraylarında ailə quranlar öz əziz tarixlərini məhz bu adlarla əbədiləşdirirlər. Hətta Bakının mərkəzində latın əlifbasını erməni əlifbasına uyğunlaşdırmaqla, reklam həyata keçirən restoran-kafe fəaliyyət göstərir. Bu da onu göstərir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində reklamçılıqda Konstitusiyanın dövlət dili haqqında bəndinə məhəl qoyan yoxdur və rəsmi dövlət orqanları bu anti-konstitusion fəaliyyətə göz yummaqdadır.
Bu azmış kimi, son günlər “5-ci kolon”un – rus maraqlarının Azərbaycandakı təmsilçiləri, müasir qarayevlər, ayna sultanovalar, musabəyovlar aktivləşməyə və Azərbaycanı yenidən Rusiyanın boyunduruğu altına salmaq üçün ciddi – cəhdlər etməyə başlamışdır. Xəzərin statsu ilə bağlı beynəlxalq hüquqa zidd dövlətlərarası saziş imzalandıqdan sonra rus hərbi dəniz qüvvələri Azərbaycan paytaxtının 10 kilometrliyindən ölkəmizi mühasirəyə almışdır. Buna paralel olaraq, ölkənin daxildən də rus mühasirəsinə alınması istiqamətində proses başladılmışdır. Bu, rus dilinin Azərbaycanda işlənmə arealının genişləndirilməsində özünü göstərir.
Azərbaycanda son rəsmi statiskaya görə, əhalinin sayı 9 milyon 822 min nəfərdir. Bu insanlardan 141 687 nəfəri (1,78 faizi) rusdur. Azərbaycan türkcəsində danşanlar 8.253 196, rus dilində danışanlar 122 449 nəfər olmuşdur. Azərbaycanda çəmi 2840 orta təhsil məkətəbi var və onlardan 329-u Bakı şəhərində fəaliyyət göstərir.
Son illər Bakıda 450 məktəbin rus dilində təhsil verməsi ilə bağlı məlumat yayılıb. Bu da Azərbaycanın orta ümumtəhsil məkətblərinin 16 faizini təşkil edir. Buradan da sual doğur: əhalinin 1,78 faizinin dilində olan orta məktəblərin sayi necə 16 faiz təşkil edir? Baxmayaraq ki, Azərbaycan vətəndaşı olan ruslar da Azərbaycanda yalnız Azərbaycan dilində təhsil almağa borcludurlar. Bu, onu göstərir ki, həmin məktəblərdə nəinki ruslar, hətta Azərbaycan türkləri də rus dilində təhsil alır. Bakıda 329 məktəb olduğunu və bunların da hamısının rus dilində təhsil vermədiyini nəzərə alsaq, aydın olacaq ki, nəinki paytaxt məktəblərinin, hətta rayon məktəblərinin çoxu artıq rus dilində təhsil verməyə başlayıb. Bununla yanaşı, dövlət idarələrində rus dilini bilməyin işə qəbulda əsas şərt kimi götürülməsi ilə bağlı məlumatlar meydana çıxmaqdadır.
Şəhərdə də rus dili ilə Azərbaycan dilinin qarışığından ibarət, hər iki dilin qol-qabırğasını sındıra-sındıra danışanların sayı əvvəlki dövrlərə nisbətən xeyli artıb. Ənənəvi anti-milli elita rus dilində danışmağa üstünlük verir. Məktəblərdə Azərbaycan uşaqlarının rus sektorunda oxumağa istiqamətləndirilməsi ilə bağlı ciddi işlər aparırlar. Bu azmış kimi, Qırğızıstandan nümünə götürüb, Azərbaycanda rus dilində dərs verən müəllimlər az olduğundan, Rusiyadan rus müəllimlərinin Azərbaycana dəvət edilməsi ilə bağlı kampaniya başladılmışdır.
Bütün bunlar nə deməkdir?
Əvvəla, rus dili ümumdünya işlək dili deyil və ruslar özləri qloballaşma prosesinə ingilis və ya fransız dilini öyrənməklə qoşulur. BMT-nin 8 rəsmi dilindən biri olan rus dili ilə yanaşı, türk dili də rəsmi dildir. Onda sual doğulur: Azərbaycanda rus dilində təhsilin inkişafı nəyə xidmət edir və hansı qanunlara söykənir?!
Qeyd etmək lazımdır ki, rus dilini öyrənməklə rus dilində təhsil almaq eyni şey deyil. Biz rus dilini bilməyin, öyrənməyin əleyhinə deyilik. Əksinə, rus dilini bilənlərin sayının artmasında maraqlıyıq. Amma təhsilin rus dilində olmasının ciddi siyasi nəticələri olacağını nəzərə alaraq, rus dilində təhsilin qəti əleyhinəyik.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, dillə düşüncə və davranış arasındakı əlaqəni nəzərə alsaq, rus dilində təhsil rus dövlətinin maraqlarına xidmət edəcək rusbaş insanların formalaşmasına səbəb olacaq və “5-ci kolon”un təcrübəsi göstərir ki, belə insanlar dövlətçilik üçün daxili təhlükə təşkil edir. 1920-ci ildə Azərbaycanın müstəqillik tərəfdarları olanlar arasında Avropa təhsillilərin, əleyhdarları arasında rus təhsillilərin çoxluq təşkil etməsi də bunu sübut edir. Bu da onu göstərir ki, hansı millətdən asılı olmayaraq, təhsil dili milli kimliyi müəyyən edir.
İkincisi, Rusiya Konstitusiyasına və Putinin dəfələrlə bəyan etdiyinə görə, rus dövlətinin xarici ölkələrdə yaşayan vətəndaşlarını qorumaq adı altında hərbi müdaxilə edə biləcəyini nəzərə alsaq, Azərbaycana dəvət ediləcək rus müəllimlərə (o cümlədən rus vətəndaşlığını qəbul etmiş qeyri-ruslara) qarşı təxribatlar törədib, sonda da onların qorunması adı altında ruslar hərbi müdaxiləyə əl ata bilər.
Ücüncüsü, bu gün minlərlə müəllim işsiz olduğu halda Rusiyadan müəllim tələb etmək ölkədə əmək bazarında gərginlyi bir az da artırar. Məncə, Azərbaycanda ruslaşdırma cəhdlərinə qarşı ilk növbədə ölkə Prezidenti çıxmalıdır. Çünki Konstitusiyanın qarantı kimi o çıxış edir və dilin işlənməsi ilə bağlı dəfələrlə qanunvericilik təşəbbüsü ilə çıxış etmiş və sərəncamlar vermişdir.
Konstitusiya Məhkəməsinin Azərbaycan dilinin işlənmə sahəsinin daraldılmasına reaksiyası da təccüblüdür. Azərbaycan Konstitusiyasının dillə bağlı bəndinə zidd bəyanatlara, addımlara heç bir müqavimət göstərməməsi bu qurumun təmamilə formal fəaliyyət göstərdiyini sübut edir.
Ölkəni xarici intervensiyaya aça biləcək cəhdlərlə bağlı hüquq-mühafizə orqanları da öz sözlərini deməli, dil qanununu pozanlar, rus dilində təhsilin təşkili ilə məşgul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Nəhayət, Azərbaycanın demokratik qüvvələri – siyasi partiyalar, qeyri-hökumət təşkilsatları və media nümayəndələri Azərbaycanda dövlət dilinin tətbiqi sferasının daraldılması və rus dilində təhsillə bağlı vətəndaşlıq mövqeyini ortalığa qoymalıdır.
Əgər vaxtında bu zərərli tendensiyaların qarşısı alınmazsa, Azərbaycanın müstəqiliyi və süverenliyi real təhlükə qarşısında qalacaqdır. Çünki rusların Azərbaycanı təkrar işğalı üçün aşkar şəkildə düşüncələrin işgalına cəhd edilir.(Hurriyyet.org)
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər