Rəsul Quliyev: "Prezident Əliyev Avropaya geniş bir pəncərə açıb"
Tarix: 27-04-2023 09:02 | Bölmə: Siyasət
Rəsul Quliyev: "Prezident Əliyev Avropaya geniş bir pəncərə açıb"

"Azərbaycan ilə Avropa arasında Bolqarıstanda bağlanmış təbii qaz müqaviləsi tarixi hadisəsdir. Bu, Azərbaycanın Avropa ilə əlaqələrinin güclü əsasını təşkil edir".

Bunu Reyting.az-a Milli Məclisin keçmiş sədri Rəsul Quliyev deyib.

Onun fikrincə, prezident Əliyev bu müqavilə ilə Avropaya heç bir vaxt bağlanmayacaq geniş bir pəncərə açıb və bunun tarixi əhəmiyyəti çox böyükdür.

R. Quliyevin sözlərinə görə, Avropa şirkətləri, BP, “Statoil” və başqaları Azərbaycanın qaz istehsalını azı 2 dəfə artırmaq imkanına malik olduğunu bilirlər. Yeni texnika və texnologiya gətirilərək, qaz istehsalında artıma nail olunacaq.

R. Quliyev diqqətə çatdırıb ki, Türkmənistan, xüsusilə də Qazaxıstan öz qazını maye şəkilində tankerlərlə Azərbaycana gətirəcək və buradan boru kəmərləri ilə Avropaya nəql ediləcək. Bununla ildə ən azı 10 milyard dollarlıq vəzait Azərbaycan büdcəsinə daxil olacaq, ölkənin inkişafı, insanların rifah halının yaxşılaşdırılmasına yönəldiləcək.

R. Quliyev əlavə edib ki, iqtisadiyyatı ölü vəziyyətdə olan Ermənistan da Azərbaycandan qaz alacağına ümid edir: “Ancaq başa düşməlidir ki, hərtərəfli sülh müqaviləsi bağlanmasa, bu, heç vaxt baş tutmayacaq. Hətta sülh müqaviləsindən sonra Azərbaycanın Ermənistana sata biləcək qazının qalıb-qalmayacağı şübhə doğurur".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}