Nazir: "Torpaqlarımızı azad edəndən sonra Fransa ilə aramızda fikir ayrılıqları yaranıb"
Tarix: 27-04-2023 13:56 | Bölmə: Siyasət
Nazir: "Torpaqlarımızı azad edəndən sonra Fransa ilə aramızda  fikir ayrılıqları yaranıb"

"44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstituasiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad edib".

Reyting.az
xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanla Fransa arasında fikir ayrılıqları yaranıb: "Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq".

Nazir deyib ki, beynəlxalq təşkilatların təkidi ilə yaxın günlərdə Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}