Təhlükə Moskvaya yaxınlaşır: Rusiya səmasında naməlum PUA-ların uçuşu qeydə alınır
Tarix: 27-04-2023 19:06 | Bölmə: Siyasət
Təhlükə Moskvaya yaxınlaşır: Rusiya səmasında naməlum PUA-ların uçuşu qeydə alınır

Moskva vilayəti üzərində təyyarə tipli naməlum pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Reyting.az xəbər verir ki, bununla bağlı çəkilmiş videolar Telegram kanallarında və sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, PUA Serpuxov ərazisində görünüb və bununla bağlı dəqiqləşdirmələr aparılır.

Bundan əvvəl Rusiyanın “NordStar” aviaşirkətinə məxsus təyyarənin pilotu paytaxtın Domodedovo hava limanı yaxınlığında PUA gördüyünü bildirib. Bundan əlavə, kəşfiyyat pilotsuz təyyarəsi Moskvanın Şeremetyevo hava limanında Rusiya sərnişin təyyarəsinin havaya qalxmasına mane olmağa çalışıb. Rusiya KİV-ləri insidentin Moskvadan Vladiqafqaza uçan təyyarədə baş verdiyini yazırlar.

Eyni zamanda, hava hücumundan müdafiə sistemləri bu gün Kurçatov şəhərindəki Kursk atom elektrik stansiyası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələri vurub.

Onu da qeyd edək ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj mayın 9-da Moskvadakı Qırmızı Meydanda keçiriləcək paradda təxribatın baş verə biləcəyini istisna etməyib.

General deyib ki, həmin tarixdə “rusları təbrik emək üçün” naməlum PUA Moskvanın mərkəzində görünə bilər.

Həm Rusiyanın ayrı-ayrı şəhərlərinin səmasında naməlum PUA-ların görünməsi, həm də Ukrayna tərəfindən verilən açıqlamalar təxribatların və hava zərbələrinin mümkünlüyü barədə dinc sakinlərin narahatlığını artırır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}