Kreml erməniləri məyus edib
Tarix: 28-04-2023 10:08 | Bölmə: Siyasət
Kreml erməniləri məyus edib

"Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin aprelin 27-də ayrı-ayrılıqda Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb. Nazir müavininin səfirlərlə müzakirə etdiyi mövzular arasında Laçın-Gorus yolundakı vəziyyət də olub. Aydındır ki, bu görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun təlimatı ilə reallaşıb. Ermənistanın hakimiyyət mənsubları Qarabağa aid bütün məsələlərə görə Rusiyanın məsuliyyət daşıdığını iddia edirlər. Baş nazir Nikol Paşinyan və onun komandası iddia edir ki, Kreml, Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmasının qarşısını almalı idi. İrəvan bunu Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsi məntiqiylə əlaqələndirir. Kreml isə Azərbaycanla qarşıdurmada maraqlı deyil və sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane olmaq istəmir. Bu da İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaradıb".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu əlavə edib ki, buna baxmayaraq, Moskva fəallıq görüntüsü yaratmalıdır:

"Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 23-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq “Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur”,- cümləsini işlətmişdi. Biz Lavrovun sözlərinin əksinə olaraq göstərdik ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və buna kimsə mane ola bilməz. Lavrov məlum açıqlamasına görə ermənilər qarşısında pis vəziyyətdə qalmasın deyə müavininə səfirlərlə görüş keçirməyi tapşırıb. Diplomatlar fikir mübadiləsi aparıblar və dağılışıblar”.

Politoloq əlavə edib ki, Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Amma bu görüş mövcud durumu dəyişə bilməyəcək, ermənilər və onların arxasındakı güclər sərhəd-keçid məntəqəsinin mövcudluğu ilə barışmalı olacaqlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}