Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşəcək
Tarix: 29-04-2023 12:00 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşəcək

Aprelin 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

“Aysor” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}