Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Bakı ilə danışıqlara cəlb edilib
Tarix: 02-05-2023 12:43 | Bölmə: Siyasət
Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Bakı ilə danışıqlara cəlb edilib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşüb. Erməni parlamentinin spikeri Alen Simonyanın imzaladığı qərara əsasən, bu nümayəndə heyətinə hakim “Mülki Müqavilə” Partiyasından olan vitse-spiker Ruben Rubinyan da qoşulub. Qeyd edək ki, R. Rubinyan həm də Türkiyə ilə danışıqlarda Ermənistanı xüsusi nümayəndə statusunda təmsil edir.

Reyting.az
xəbər verir ki, bu gün erməni parlamentinin iclasında “Ermənistan” müxalifət blokundan olan deputat, Daşnaksütyun partiyasının üzvü Qeqam Manukyan bu məsələni qaldırıb və Türkiyə üzrə danışıqları aparan şəxsin hansı səbəbdən Azərbaycanla danışıqlar prosesində iştirak etməsinə görə izahat tələb edib.

“Parlmentin vitse-spikeri Ruben Rubinyan Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarında hansı şəraitdə, hansı məqsədlə və hansı vəzifədə iştirak edir? Məlumdur ki, Rubinyan həm də Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini tutur. Ermənistan-Türkiyə münasibətləri Ermənistan-Azərbaycan danışıqlarına daxildirmi və bu iki məsələ bir-biri ilə bağlıdırmı?”, - deyə Manukyan soruşub.

Ona hakim partiyanın başqa bir vitse-spikeri Akop Arşakyan cavab verib. Onun sözlərinə görə, Rubinyan bu sualı dəfələrlə cavablandırıb. O, Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edir və sadəcə olaraq birbaşa funksiyalarını yerinə yetirir. “Onun ezamiyyətinə gəlincə, Simonyanın sərəncamı hər şeyi deyir”,- deyə A. Arşakyan əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}