XİN: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları bir neçə gün davam edəcək"
Tarix: 02-05-2023 16:17 | Bölmə: Siyasət
XİN: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları bir neçə gün davam edəcək"

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar bir neçə gün davam edəcək.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib(Report). 

Xatırladaq ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}