Şoyqu “Vaqner”in ittihamları ilə razılaşmır
Tarix: 02-05-2023 17:55 | Bölmə: Siyasət
Şoyqu “Vaqner”in ittihamları ilə razılaşmır

Rusiya Silahlı Qüvvələri döyüşləri davam etdirir və Ukrayna ordusu ciddi itkilər verir. Reyting.az-ın xəbərinə görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu hərbi rəsmilərlə görüşündə Qərbin hərəkətlərindən də söz açıb. Nazir diqqətə çatdırıb ki, Qərb ölkələrinin görünməmiş hərbi dəstəyinə baxmayaraq, Ukrayna təkcə son bir ayda 15 mindən çox əsgər itirib.

Ölkəsində müdafiə sahəsində fəaliyyət göstərən müəssisələrə istehsal həcmini artırmaq barədə göstəriş verildiyini qeyd edən Şoyqu deyib ki, sözügedən ərazidə hökumətin sifarişlərinin yerinə yetirilməsi prosesini nəzarətdə saxlayırlar. Nazir əlavə edib ki, bunun nəticəsində 2022-ci ilin əvvəli ilə müqayisədə silah alışı xüsusilə 7 dəfə, ümumi silah növlərinin alınması isə 2,7 dəfə artıb. “Düşməni məğlub etmək üçün Rusiya Silahlı Qüvvələrinə kifayət qədər sursat göndərilir. Ümumiyyətlə, müdafiə sektoru ordu və donanmanın ehtiyaclarını ödəyir. Buna baxmayaraq, müəssisələrin öhdəliklərinin yerinə yetirilməməsi risklərini vaxtında aşkar etmək və operativ şəkildə lazımi tədbirlər görmək lazımdır”.

Qeyd edək ki, Rusiyanın “Vaqner” mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin ötən gün yenidən Müdafiə Nazirliyini ittiham edib. Muzdlu döyüşçülərin rəhbəri deyib ki, Baxmutdakı toqquşmalarda iştirak edən muzdluların və rus əsgərlərinin sursat problemi var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}