Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - (Yenilənib)
Tarix: 02-05-2023 20:43 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - (Yenilənib)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN-nin rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayır.

Reyting.az
xəbər verir ki, görüş ABŞ-ın Arlington şəhərində keçiriləcək.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

Daha sonra C. Bayramov və A. Mirzoyan ikitərəfli görüş keçiriblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparır.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}