00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Ukrayna PUA-larla Kremlə hücum edib - Yenilənib
Tarix: 03-05-2023 15:47 | Bölmə: Siyasət
Ukrayna PUA-larla Kremlə hücum edib

Ukrayna PUA-larla (pilotsuz uçan aparat) Kremlə hücum edib və zərbələr vurmağa cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iki pilotsuz uçuş aparatı Kremlə yönəlib. “Hərbi və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb”, - Kreml vurğulayıb.

Dövlət başçısının mətbuat xidməti əlavə edib ki, PUA-ların düşməsi və qırıntılarının Kreml ərazisinə səpələnməsi nəticəsində ölən və ya maddi ziyan olmayıb.

Kreml bəyan edir ki, Rusiya prezidenti Vladimir Putin heç bir xəsarət almayıb, Kiyevin hücumundan sonra da həmişəki kimi işini davam etdirir və iş qrafiki dəyişməyib.

Məlumata görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya prezidentinə sui-qəsd cəhdidir.

Diqqətə çatdırılır ki, Rusiya bu ücumlara adekvat cavab vermək hüququna malikdir.

***

Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, PUA-ların Kremlə hücum cəhdi zamanı Rusiya prezidenti Vladimir Putin həmin binada olmayıb.

***

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov BBC-yə deyib ki, onlarda Kremlə gecə hücumları ilə bağlı informasiya yoxdur. “Amma prezident Zelenski dəfələrlə deyib ki, Ukrayna bütün gücünü başqalarına hücuma deyil, öz ərazilərinin azad olunmasına yönəldir”,- S. Nikiforov əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər