12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Politoloq: “Kremli vuranların iki məqsədi olub”
Tarix: 05-05-2023 09:07 | Bölmə: Siyasət
Politoloq: “Kremli vuranların iki məqsədi olub”

"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun iddiasına əsasən, Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilibsə, deməli, Rusiya üçün durum vahiməlidir. İkinci Dünya müharibəsi zamanı Hitlerin ordusu Moskvaya xeyli yaxınlaşmasına rəğmən, Kremlə zərbə endirə bilməmişdi, Moskvanın hava məkanı ciddi qorunurdu".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən zəif düşməsinə çalışır və Kremli cəzalandırmağın planları qurulur. Amma “ABŞ Kremlə PUA hücumunda iştirak etmir”,- deyən Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb.

"Bütün hallarda Kremlin təpəsini vuranların iki məqsədi olub.

Birinci məqsəddə müharibənin Rusiya ərazisinə keçdiyinə eyham vurulub.

İkinci məqsəddə zərbəyə cavab olaraq Rusiyanın reaksiya gücünü öyrənmək istəyiblər.

Ukraynada işğalçı müharibə davam etdikcə Rusiya daha çox naməlum gələcəyə doğru irəliləyəcək", - deyə politoloq əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}