İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib
Tarix: 05-05-2023 14:19 | Bölmə: Siyasət
İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib
Ayxan Hacızadə

"İranın Azərbaycanın Tehran və Təbrizdəki 4 diplomatını arzuolunmaz şəxs elan etməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, İranın bu qərarı tamamilə əsassızdır.

Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı qərarına cavab olaraq qəbul edib.

"İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib", - A. Hacızadə vurğulayıb.

O deyib ki, İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.

Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}