Ərəstun Oruclu: “Cənubi Azərbaycan məsələsinə isterik reaksiya...”
Tarix: 07-05-2023 12:04 | Bölmə: Siyasət
Ərəstun Oruclu: “Cənubi Azərbaycan məsələsinə isterik reaksiya...”

"Sonuncu İran şahının "demokrat" oğlu başda olmaqla Qərb ölkələrində yaşayan digər fars "demokratların" İsrail Knesseti üzvlərinin Cənubi Azərbaycan məsələsini qaldırmasına verdikləri isterik reaksiya çox simptomatikdir".

Reyting.az
xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, bu məsələdə ən əcaib olanı İsrail rəsmilərinin həmin reaksiyadan ehtiyat edərək geri çəkilmələridir.

Ə. Oruclu "Azərbaycan xalqının dostları nə tez geri çəkildilər? Yoxsa israillilər sonuncu İran şahı ilə əməkdaşlığı xatırladılar?”, - suallarını da verib:

“Bəlkə yenidən şahın oğlunu hakimiyyətə gətirib onu qorumaq üçün SAVAK yaratmaq xülyası yada düşdü?! Yoxsa doğrudan da israilli deputatlar İran (fars) mühacirlərinin iddia etdiyi kimi, molla rejiminin əlinə oynadılar?

Bunu bilmirəm, amma iki şeyi dəqiq bilirəm:

Birincisi, İranda kimin hakimiyyətdə olması bu ölkədə azərbaycanlıların durumunu dəyişməyəcək. Onların özləri hakimiyyətdə geniş təmsil olunmayınca, belə olacaq.

İkincisi, hər bir xalqın azadlığı, xoşbəxtliyi və inkişafı yalnız bir halda mümkündür: bunu onun özü istədikdə və buna onun özü nail olduqda".

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}