Generallar Heydər Əliyevin məzarını ziyarət edib - Video
Tarix: 08-05-2023 15:34 | Bölmə: Siyasət
Generallar Heydər Əliyevin məzarını ziyarət edib

Bu günlərdə minlərlə insanın yolu Fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirirlər.

Reyting.az
-ın məlumatına görə, bu ziyarətgahlar ehtiyatda general-mayorlar - Novruzəli Orucov və Natiq Əliyevin də and yeridir.

Hərbçilərimiz hələ sovet dönəmindən bəri şərəfli həyat yolu keçiblər. Onlar odlardan-alovlardan çıxıb, döyüşlərdə və cəbhələrdə mərdlik nümunələri göstərib, bir sözlə, Ali Baş Komandanlarımızın sədaqətli əskəri olduqlarını sübut ediblər.

Ona görə də hər iki general-mayorumuz abidələr önünə gül-çiçək dəstələri düzərkən ömür kitablarına daha bir unudulmaz xatirə yazıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}