Ukraynada daha təhlükəli silahların istifadəsinə başlanılıb
Tarix: 08-05-2023 17:10 | Bölmə: Siyasət
Ukraynada daha təhlükəli silahların istifadəsinə başlanılıb

Rusiya Ukraynaya qarşı müharibədə yeni silahlardan istifadə etməyə başlayıb. Reyting.az xəbər verir ki, Britaniya mediası bununla bağlı həyəcan təbili çalır.

Qeyd olunur ki, Rusiya Ukraynaya hava hücumları zamanı sürüşmə bombalarından da istifadə edir.

Ukrayna Hərbi Hava Qüvvələrinin polkovniki Yuri İhnatın sözlərinə görə, belə bombalardan istifadə Ukrayna üçün “böyük təhlükə” yaradacaq.

Diqqətə çatdırılır ki, əlavə edilən qanadlar sayəsində sürüşmə bombaları alçaqdan uçmaqla hava müdafiə sistemlərini asanlıqla keçir və əlavə imkanlar sayəsində kifayət qədər uça bilirlər.

Ukrayna rəsmilərinin hesablamalarına görə, Rusiya qüvvələri döyüş meydanına gündə ən azı 20 sürüşmə bombası atır.

Ukrayna və Qərb analitiklərinin fikrincə, Rusiyanın yeni silahı Kiyev administrasiyasını planlaşdırılan əks-hücumda dəyişikliyə məcbur edə bilər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}