London Vaşinqtonla Ukraynaya yardımı müzakirə edəcək
Tarix: 09-05-2023 09:44 | Bölmə: Siyasət
London Vaşinqtonla Ukraynaya yardımı müzakirə edəcək

Böyük Britaniyanın Xarici işlər naziri Ceyms Kleverli Kiyevə növbəti hərbi yardımı müzakirə etməkdən ötrü ABŞ-a səfər edəcək.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bu barədə krallığın xarisi siyasət idarəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, Böyük Britaniyanın Xarici işlər naziri Ceyms Kleverli bu gün Vaşinqtona səfər edəcək və orada Konqresin üzvləri və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcək.

“Ceyms Kleverli ABŞ rəsmiləri ilə görüşlərində Ukraynanın qələbəsi üçün vahid beynəlxalq cəbhənin daha effektli işləməsinin vacibliyini nəzərə çatdıracaq”, - məlumatda vurğulanır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}