00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
ABŞ Rusiyaya məxsus casus şəbəkəsini sıradan çıxarıb
Tarix: 10-05-2023 13:13 | Bölmə: Siyasət
ABŞ Rusiyaya məxsus casus şəbəkəsini sıradan çıxarıb

ABŞ Ədliyyə Nazirliyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olan 20 illik zərərli proqram şəbəkəsinin məhv edildiyini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Ədliyyə Nazirliyinin yazılı açıqlamasında qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu (FTB) “Medusa” əməliyyatı ilə Rusiya kəşfiyyatının ən mühüm zərərli kibercasus proqram təminatını zərərsizləşdirib.

Bildirilir ki, Rusiya 2004-cü ildən bəri “İlan” adlı bu qabaqcıl proqram şəbəkəsi vasitəsilə 50 ölkədə virusa yoluxmuş yüzlərlə kompüterdən həssas məlumatlar əldə edib.

Baş prokurorun müavini Metyu Olsen deyib ki, Ədliyyə Departamenti Rusiyanın zərərli kiber fəaliyyəti ilə mübarizə aparmaq, yüksək texnologiyalı əməliyyatlar vasitəsilə belə proqramları zərərsizləşdirmək üçün beynəlxalq müttəfiqlər və özəl sektordakı tərəfdaşları ilə işləyir.

Məlumata görə, FTB-nin “Medusa” əməliyyatı “Kreml tərəfindən dəstəklənən” hakerlərə qarşı “Perseus” adlı rəqəmsal alət sayəsində həyata keçirilib və bu, casus proqramın funksionallığını özünə qarşı çevirib və proqramı özünü məhvə məcbur edib.

Rusiya kəşfiyyatının zərərli proqramı “faktiki olaraq aşkar edilməyən magistral” rolunu oynayıb, NATO üzvü olan hökumətlərin, jurnalistlərin, maliyyə və texnologiya sektorlarına aid kompüterlərin məlumatlarını oğurlayaraq başqa platformaya ötürüb.

Qeyd edilir ki, “Medusa” əməliyyatı sayəsində zərərli proqramların yayılması üçün istifadə olunan “əhəmiyyətli sayda virtual infrastruktur” sıradan çıxarılıb. Bu isə sözügedən proqram təminatının təkrar istifadəsini çox çətinləşdirəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər