Paşinyan: “Brüsselə gedirəm, Azərbaycanla sülh sazişi imzalamaq...”
Tarix: 11-05-2023 12:57 | Bölmə: Siyasət
Paşinyan: “Brüsselə gedirəm, Azərbaycanla sülh sazişi imzalamaq...”

“Bazar günü danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan mayın 11-də hökumətin iclasında bildirib.

“Mən Brüsselə getsəm, güman etdiyim kimi, müəyyən qüvvələr tərəfindən ünvanlanacaq suala cavab vermək istəyirəm. Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq tezdir”, - deyə Paşinyan bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}