Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürüb
Tarix: 11-05-2023 15:28 | Bölmə: Siyasət
Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürüb

Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürüb. Reyting.az-ın xəbərinə görə, İncə bununla bağlı canlı yayımda bəyanat verib.

Bununla belə o, namizədliyini heç kimin xeyrinə geri götürmədiyini, bu addımı xalq naminə atdığını qeyd edib.

İncə həmçinin sədri olduğu Məmləkət Partiyasının Türkiyə parlamentində təmsil olunmasının vacibliyinə diqqət çəkərək hər evdən bir səs istəyib. O, "Atarürkçülər parlamentdə olmalıdır", - deyib.

M. İncə eyni zamanda şantaj, yalan və böhtanlarla üzləşdiyini də diqqətə çatdırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}