Sinan Oğan Antalyadan təcili Ankaraya qayıdır: prezidentliyə namizədliyini geri götürəcək
Tarix: 11-05-2023 17:17 | Bölmə: Siyasət
Sinan Oğan Antalyadan təcili Ankaraya qayıdır: prezidentliyə namizədliyini geri götürəcək

ATA Alyansının Türkiyə prezidentliyinə namizədi Sinan Oğanın Antalya proqramı ləğv edilib.

Reyting.az
xəbər verir ki, qardaş Türkiyədə prezident seçkilərinə 3 gün qalmış gözlənilməz proseslər müşahidə olunur.

Məhərrəm İncə bu gün prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb. Budan sonra Ata Alyansının prezidentliyə namizədi Sinan Oğan daha böyük marağa səbəb olan hərəkət edib. Oğanın Antalya proqramını ləğv etdiyi bildirilir.

Məlumata görə, Oğan sabah Ankarada olacaq.

Oğanın da sabah prezidentliyə namizədlikdən imtina ilə bağlı bəyanat verəcəyi bildirilir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}