Ordumuzun mövqeləri artilleriya atəşinə tutulur
Tarix: 11-05-2023 17:44 | Bölmə: Siyasət
Ordumuzun mövqeləri artilleriya atəşinə tutulur

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod məntəqəsi istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin əks istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}